Bu gün Beynəlxalq şən və hazırcavablar günü kimi qeyd olunur. SİA-nın xəbərinə görə, 1961-ci ilin məhz bu günü şən və hazırcavablar klubu ilk oyununu nümayiş etdirib. Bu günü bayram kimi keçirməyi isə 2001-ci ildə Beynəlxalq Şən və Hazırcavablar Klubunun prezidenti Aleksandr Maslyakov təklif edib. Ancaq Beynəlxalq KVN günü hələ Birləşmiş Millətlər Təşkilatının ümumdünya bayramları reyestrinə salınmadığına görə, "KVN" sevərlər onu yalnız qeyri-rəsmi şəkildə qeyd edir.Bu gün həm də 1989-cu ildə yaranan və artıq 5 ildir ki, səhnəni tərk edən "Bakılı oğlanlar" komandasının üzvlərinində bayramıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB