Prezident İlham Əliyev Dünya Bankının regional direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alamı qəbul edib. Əsəd Alam Dünya Bankının vitse-prezidenti Filip Le Uerunun salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi və ötən dövr ərzində ölkəmizin əldə etdiyi iqtisadi uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edib. Əsəd Alam təmsil etdiyi qurumun Azərbaycan ilə uğurlu əməkdaşlığından məmnunluğunu bildirib.
Dünya Bankının Azərbaycan ilə əməkdaşlığını yüksək qiymətləndirən Prezident İlham Əliyev gələcəkdə də ümumi maraq doğuran layihələrə dəstək veriləcəyini bildirib.
Görüşdə 2011-ci ildə ölkəmizin qeyri-neft sektorunun sürətlə inkişaf etdiyi vurğulanıb, Azərbaycanda həyata keçirilən birgə layihələrin önəmi qeyd olundu, sosial infrastruktur
layihələri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı Dünya Bankının vitse-prezidenti Filip Le Uerunun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Dünya Bankının vitse-prezidentinə çatdırmağı xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB