ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

İsrailin İrana hərbi hücüma hazırlaşdığı haqqında söz-söhbətlər getdiyi bir arada, dünən ABŞ Konqresinin xarici siyasət üzrə komitəsi Tehrana qarşı yeni diplomatik və iqtisadi sanksiyalar tətbiq edib. Nümayəndələr palatasında keçirilən səsvermədə yekdilliklə qəbul olunan 2 yeni qanun layihəsində İran Milli Bankına və rəsmi Tehranla diplomatik əlaqələrə qarşı yeni sanksiyalar yer alıb.


İran, Şimali Koreya, Suriyada silah yayılmasına qarşı islahat və modernizasiya aktı adlı birinci qanun layihəsi, İranın nüvə proqramını avadanlıqlarla təchiz etmiş, istər xarici istərsə də daxili şirkət və fərdlərə qarşı ən sərt cərimələr müəyyən edir. Bundan başqa, qanun layihəsində adıçəkilən üç ölkənin limanından keçmiş istənilən gəminin ABŞ ərazisinə daxil olması qadağan edilir.


İran təhlükəsinin azaldılması aktı adlandırılan ikinci qanun layihəsi adından da göründüyü kimi sırf İran İslam Respublikası üçün nəzərdə tutulan tədbirlər paketindən ibarətdir. Yeni qanun layihəsi ABŞ prezidentinin belə, İranla bağlı əvvəlki sanksiyaları geri götürmək səlahiyyətini məhdudlaşdıracaq. Bundan başqa, qanun layihəsində İranda hasil olmuş nefti satan istənilən şirkətə qarşı ən sərt sanksiyalar nəzərdə tutur, istənilən şirkət və fərdə İran iqtisadiyyatının 40 faizinə nəzarəti əlinddə saxlayan İslam İnqilab Keşikçiləri Korpusu ilə maliyyə sövdələşməsi həyata keçirməyi qadağan edir.

Bütün xəbərlər Facebook səhifəmizdə