İranın Azərbaycan əleyhinə yönəlmiş mövqeyi ilə tanınan və Azərbaycanın cənub bölgələrində kifayət qədər məşhur olan "Səhər" telekanalı özünün gündəlik xəbərlər buraxılışında azərbaycanlılar və ümumilikdə Azərbaycan mədəniyyəti üçün xoşagəlməz sayılan bir fakt barədə məlumat verib.
SİA-nın verdiyi xəbərə əsasən, azərbaycanlı musiqiçilərə İranın əyaləti olan Şərqi Azərbaycanda keçirilən toy mərasimlərində və digər təntənəli tədbirlərdə iştirak etmək qadağan olunub. Mühacirət və pasport məsələləri üzrə yerli idarənin rəhbəri Məhəmmədəli Qafarzadənin jurnalistlərə bildirdiyinə görə, toylara Azərbaycandan olan musiqiçilərin dəvət edilməsi qanunsuzdur və cəmiyyətin ayrı-ayrı təbəqələri arasında mədəni problemlərə yol açır.
Qafarzadənin sözlərinə görə, əcnəbi vətəndaşların yerli sakinlərin evlərində yaşaması da qanunsuz sayılır.
"İrandakı qohumlarının evində qalmaq istəyən əcnəbi vətəndaşlar 72 saat ərzində müvafiq icazənin alınması üçün idarəyə müraciət etməlidirlər. Əcnəbi vətəndaşların, o cümlədən Azərbaycan vətəndaşlarının əyalətin inzibatı mərkəzi olan Təbrizin sakinlərinin evlərində yaşaması təhlükəsizlik, siyasət və əxlaqi baxımdan bir sıra problemlərə səbəb olur", - deyə, telekanal Qafarzadənin sözlərini sitat gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB