Vüqar Rəhimzadə: “Forumun qərarları türkdilli ölkələrin mədəni əlaqələrinin daha geniş şəkildə inkişaf etməsinə böyük təsir göstərəcək”- MÜSAHİBƏ (SƏS TV)

Vüqar Rəhimzadə: “Forumun qərarları türkdilli ölkələrin mədəni əlaqələrinin daha geniş şəkildə inkişaf etməsinə böyük təsir göstərəcək”- MÜSAHİBƏ (SƏS TV)

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin SƏS TV-yə müsahibəsi:

- Vüqar müəllim, Türkdilli ölkələrin və Toplumların II Media Forumu hansı hadisələrin və qərarların verilməsi ilə yadda qaldı?

- Bu forum keçirilməsi və təşkilati baxımından digər forumlardan fərqləndi. Saxadan başlayaraq Makedoniyaya qədər, Avropadakı türkdilli ölkələrin və toplumların nümayəndələri iştirak edirdilər. Həm nümayəndələrin, həm də dövlətlərin iştirakı baxımından çox zəngin idi. Forumda səslənən fikirlərin özü türkdilli xalqların media sahəsində birliyə doğru atılan mühüm addımlardan biri idi. İlk olaraq dövlət başçılarının təbriklərinin səsləndirilməsi forumun əhəmiyyətini, önəmini ortaya qoydu. Forumun qərarları mədəni əlaqələrin daha geniş şəkildə inkişaf etməsinə böyük təsir göstərəcək. Qəbul olunan bəyannamədə də qarşıda duran kifayət qədər vəzifələrdən söz açılır. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun forumda proqram xarakterli çıxışı forum iştirakçıların, eləcə də jurnalistlərin qarşıda duran vəzifələri barəsində ətraflı məlumat idi. Forum çox uğurla başa çatıb. Bundan sonrakı müddət uğurlu fəaliyyət üçüm zəmin yaradacaq. Bildiyimiz kimi, burada hətta Koordinasiya Şurası yaradıldı ki, ilk rəhbəri də Azərbaycandan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov seçildi. İldə bir dəfə bu koordinasiyasının üzvləri toplanacaq və qarşıda duran vəzifələri müzakirə edib qərarlar veriləcək. Bu koordinasiyanın hər ölkələr üzrə sədrləri olacaq. Hər ölkədən də sədrlə yanaşı, koordinasiya üzvləri fəaliyyət göstərəcəklər.

- Qonaqlarda Azərbaycan mətbuatı ilə bağlı təəssüratlar necə oldu?

- İlk olaraq qırğız qonaqlarını qarşıladıq. Onlar bizim redaksiyamızda oldular. Hətta onlar Quba kütləvi məzarlığında belə oldular. Bir çox ölkələrin fikirlərini dinləmək mənim üçün çox maraqlı idi. Azərbaycan mətbuatı haqqında kifayət qədər gözəl sözlər söylənildi. Azərbaycanda inkişafın şahidi oldular. Azərbaycanda mətbuat üçün yaradılan şəraitlə bağlı maraqlandılar. Azərbaycan mətbuatı dünya mətbuatı orqanları arasında həm fəaliyyətinə görə, həm dövlətin onlara yaratdığı şəraitə görə kifayət qədər müstəqil və uğurlu mətbuatdır.

- Forumdakı çıxışlar, müzakirələr, diskussiyalar Azərbaycana nə verdi, türkdilli ölkələrin nümayəndələri nə götürə bildi?

- Bu forum qarşılıqlı ünsiyyətin formalaşması baxımından həm Azərbaycan, həm də digər ölkələr üçün əhəmiyyətli idi. Digər ölkələrin mətbuat orqanlarının hansı şəkildə fəaliyyət göstərmələri haqqında məlumat əldə etmək, eləcə də onların Azərbaycan mətbuatı haqqında biliklərə sahib olmaları maraqlı idi. Həmçinin ölkəmizin siyasi-iqtisadi inkişafını siyasi sabitliyin mövcud olduğu bu şəraitdə Azərbaycanın dünyaya inteqrasiya prosesində hansı yollar keçdiyi üçün kifayət qədər maraqlı faktlar eşitdilər. Bununla yanaşı, statistik rəqəmlərlə də tanış oldular.

- Türkdilli ölkələrin, eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ, Türkiyənin PKK probleminin həlli ilə bağlı forumda fikirlər səsləndirildimi?

- İlk olaraq Vanda dünyasını dəyişən insanlar anıldı. Çıxış edənlər Dağlıq Qarabağla bağlı kifayət qədər faktlar açıqladılar. Bu mövzu ilə yazılarımızı yalnız Azərbaycan oxucusu üçün deyil, həm də dünya mətbuatında da işıqlandırmalıyıq. Maraqlı faktlar səsləndirildi. Türkdilli xalqların, ölkələrin, toplumların vahid mərkəzdən idarə olunan agentliyinin yaradılması təklif olundu. Əgər belə bir agentlik yaradılarsa o zaman gələcəkdə digər ölkələrin televiziyaları ilə lazımı şəkildə rəqabət aparmağı qarşımıza məqsəd qoyacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə