Azərbaycan Türkdilli dövlətlərin media birliyinin yaranmasında önəmli rol oynayır

Azərbaycan Türkdilli dövlətlərin media birliyinin yaranmasında önəmli rol oynayır
Bakıda keçirilmiş Türkdilli Ölkələrin II Media Forumu öz işini uğurla yekunlaşdırsa da nəticə etibarı ilə bir məqam öz mahiyyətini əhəmiyyətli dərəcədə ortaya qoyub. Belə ki, burada media məsələləri ilə yanaşı bir-birlərinə qardaş sayıla biləcək qədər yaxın olan türkdilli dövlətlərin qarşılaşdıqları problemlərin birgə həlli bu əhəmiyyəti kifayət qədər sərgiləmiş olur.
Onu da qeyd etmək yerinə düşərdi ki, bir il öncə Türkiyənin paytaxtı Ankarada keçirilən I forumda da sözügedən amil kifayət qədər özünü təsdiq etdi.

Türkiyənin tanınmış media mütəxəssiləri, yazarları bu haqda maraqlı fikirlərlə çıxış edərək, ətraflı məlumatlar səsləndirirblər. Məhz bu dəfə Bakıda keçirilən forum Ankarada keçirilmiş forumun davamı və məntiqi nəticəsi kimi mühümlüyü təşkil edirdi. Əbəs yerə deyil ki, qəbul olunmuş bəyannamədə bu kimi məsələlər yer almışdı. Məsələn, Bakı bəyannaməsinə görə, türkdilli toplumların media platformasının yaradılması qərara alınıb və bu bəyannamə nəinki türkdilli ölkələrin arasında, eləcə də xarici ölkələrdə təmsil olunan qardaş millətlərin əlaqələrinə təkan verəcək amil kimi də dəyərləndirilə bilər. Eyni zamanda beynəlxalq arenada ölkələr arasındakı əlaqələri burada yaşayan millətlərin qarşılıqlı anlayış, dialoq və mədəniyyət zəminində ortaq faydalar ətrafında birləşdirməklə mümkündür. Daha dəqiq desək, məqsəd Türk dövlətləri arasında media sahəsindəki təcrübələri paylaşmaq, qarşılıqlı fikir mübadiləsi aparmaq, vacib olan məsələləri birgə müzakirə etmək və əlaqələri daha da inkişaf etdirməkdən ibarətdir.
Xüsusilə vurğulamaq lazımdır ki, forumun yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin də əhəmiyyətli dəstəyi olub və bu məsələ forumda da qeyd edilərək alqışlanıb. Bu isə onu deməyə əsas verir ki, Ölkə başçısı daim belə tədbirlərin reallaşdırılması istiqamətində öz dəstəyini əsirgəməyib və bunu əhəmiyyətli şəkildə qiymətləndirib.

Həmçinin dövlət başçısı İlham Əliyevin forum iştirakçılarına ünvanladığı təbrik məktubunu da xatırlatmaq yerinə düşərdi. Eləcə də qardaş Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğanın da forum iştirakmılarına göndərdiyi təbrik məktubu xüsusi maraq və fərəh hissi ilə qarşılanıb. Bundan əlavə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevun, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlunun, Tatarıstan prezidenti Rüstəm Minnixanovun, Saxa-Yakutiya, Kabardin-Balkan, Başqırdıstan və digər dövlət başçılarının təbrik məktubları Bakı forumunun əhəmiyyətini önə çıxarırb.
Xatırldaq ki, Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun "Azərbaycanın dövlət siyasəti və media: Türkdilli ölkə və toplumlarla əməkdaşlıqda başlıca prioritetlər" mövzusundakı çıxışı forum iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Əli Həsənovun çıxışından belə qənaətə gəlmək mümkündür ki, türkdilli dövlətlər bir dinin, bir soyun, bir regionun təmsilçiləri, bir mədəniyyətin daşıyıcılarıdır. Lakin buna baxmayaraq, çatışmayan cəhətlər də mövcuddur ki, bunlardan biri də bu dövlətlərin media sahəsində əməkdaşlıqda gecikmələri cəhətidir. Məhz bu səbəbdən də Türkdilli ölkələrin birgə media qurumunun yaradılması vacibliyi Əli Həsənov tərəfindən vurğulanıb. PA rəsmisi buna misal kimi ölkəmizin yaşadığı Dağlıq Qarabağ problemi ilə əlaqələndirib. Yəni, zamanında bu problem bütün türkdilli media qurumlarında geniş şəkildə işıqlandırılsaydı, dünyaya çatdırılsaydı müəyyən irəliləyişlərə imza atmaq mümkün olardı.

Eyni zamanda, ermənilərin qondarma iddia ilə Türkiyəni dünyanın gözündən salmaq istədiklərini də ifadə edən Əli Həsənov Türkdilli dövlətlərin birgə media qurumunun yaradılmasının vacibliyini vurğulayıb və deyib ki, dünyanın informasiya siyasəti bəlli dairənin əlində birləşib.
Forumda diqqət çəkən maraqlı faktorlardan biri də müsəlman, türk təəssübkeşliyi barədə önə çıxarılan fikirlər oldu. Gələcəkdə ortaq türk televiziyasının, ortaq informasiya agentliyinin yaradılması da həmin fikirlər işərisində yer alıb.
Sonda bir daha belə bir nəticəyə gəlmək mümkündür ki, qardaş dövlətlərin birliyi yalnız siyasi dəstəklə deyil, media dəstəyindən də asılıdır. Və əgər bu dəstək reallaşdırılsa, dünya ictimaiyyəti əsil həqiqətləri daha tez öyrənə, anlaya bilər. Bu, qarşılıqlı şəkildə gerçəkləşdirilə biləcək təklif kimi daim diqqət mərkəzində olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə