Prezident İlham Əliyev Abdulla Gülü ad günü və Respublika Günü münasibətilə təbrik edib
Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyə Respublikasının prezidenti Abdullah Gülə telefonla zəng edib. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı Abdullah Gülü ad günü və Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı, dost və qardaş Türkiyə xalqına firavanlıq arzulayıb.
Abdullah Gül göstərilən diqqətə və təbriklərə görə Azərbaycan Respublikasının prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnun olduqlarını bildirib, Azərbaycan prezidentinin Türkiyəyə son səfərinin və səfər zamanı imzalanmış sənədlərin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi baxımından önəmini vurğulayıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB