Elmar Məmmədyarov: “Heç kim problemin bir gecəyə həll olunacağını gözləmir”
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində razılaşdırılmamış məsələlərin olmasına baxmayaraq, böyük sülh sazişi üzərində danışıqlara başlanması hər iki tərəfin sülhə nail olmaq istəyinin siqnalı olardı". SİA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze ilə birgə keçirdiyi mətbuat konfransında deyib: " Nyu-York da xarici səfərdə olduğuma görə, ATƏT-in Minsk qrupu həmsədrləri ilə regiona budəfəki səfər zamanı görüşə bilmədim. Amma Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesinin davam edir. Danışıqlar gedir və təbii ki, heç kim problemin bir gecəyə həll olunacağını gözləmir. Danışıqlar prosesi addım-addım getməlidir. Azərbaycan münaqişə edən tərəflər arasında etimad mühitinin yaranması üçün işğal olunmuş yeddi rayondan qoşunların çıxarılmasına təkid edir. Yalnız bundan sonra biz hərtərəfli sülh həllinin hazırlanmasına başlaya bilərik. İşğal olunmuş yeddi rayon boşaldılmalıdır, çünki Azərbaycan vətəndaşları orada yaşayarkən təhlükədə olacaqlar. Biz həmsədrlərə dəfələrə demişik ki, böyük sülh sazişi ilə bağlı danışıqlara başlayaq".
Həmsədrlərin son bəyanatında Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində insidentlərin baş verməsinə gəlincə nazir: "Bildiyiniz kimi ermənilərin təmas xəttində atəşkəsi pozması nəticəsində uşaq da öldürülüb. Azərbaycanın təmas xətti yaxınlığında yaşayan insanlar təhlükə altındadırlar. Azərbaycanın mövqeyi belədir ki, problemin həll olunması üçün öncə erməni qoşunları işğal altında olan ərazilərdən çıxarılmalıdır. Erməni qoşunları çıxsa, snayperlərə də ehtiyac olmayacaq, uşaqlar da ölməyəcək. Biz bunu həmsədrlərə dəflərlə demişik. Heç olmasa, ilkin mərhələdə erməni qoşunları Azərbaycanın işğal altında olan yeddi rayonundan çıxarılmalıdır".
Nazir həmçinin Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə növbəti danışıqların gələn ay keçiriləcəyini bildirib.O, budəfəki görüşün Gürcüstanda keçiriləcəyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB