Mark Herevard: YUNİCEF gənclərə öz həyatlarını yüksək səviyyədə dəyişəcək qüvvə kimi baxır

Mark Herevard: YUNİCEF gənclərə öz həyatlarını yüksək səviyyədə dəyişəcək qüvvə kimi baxır

YUNİCEF gənclərə öz həyatlarını yüksək səviyyədə dəyişəcək qüvvə kimi baxır. SİA-nın xəbərinə görə, bunu YUNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard Azərbaycan gənclərinin VI forumunda çıxışı zamanı deyib. O bildirib ki, bu gün Azərbaycanda 15-24 yaşlı əhalinin 24%-ni gənclər təşkil edir. Onun sözlərinə görə, gənclər müxtəlif məsələlərin həllində iştirak edə biləcək qəbul edə bilərlər.

"Belə gənclər forumların platformaların çox gözəl nümunəsidir. Son 15 ildə Azərbaycan çox böyük nailiyyətlər əldə edib. Lakin bununla yanaşı bəzi məsələlər hələ də öz həllini tapmayıb. Bu gün ölkədə 60 minə yaxın əlil uşaq var, lakin onlar digər uşaqlar kimi təhsil ala bilmir. Elə etmək lazımdır ki, əlilliyi olan uşaqlar da digərləri ilə birfə təhsildə iştirak edə bilsin. Hər il ölkələrdə spirtli işçilər qəbul, narkotiklərədn istiufadə edən, siqaret çəkəngənclərin sayı artır. Müəyyən bacarıqlar sayəsində zəzərli vasitələrdən, pis vərdişlərdən azad olmaq mümkündür. Çalışaraq elə bir cəmiyyət qurmaq lazımdır ki, cəmiyyətdə ayrı-seçkilik olmasın. Inanırıq ki, yaxın gələcəkdə ucqar kəndlərdə yaşayan gənclərin də səsi paytaxt gənclərinin səsi kimi gələcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə