Elnur Aslanlı: “Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi ölkənin diplomatik uğurudur”
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi ölkənin son illər ərzində regional və qlobal səviyyədə həyata keçirdiyi diplomatiyanın uğurudur. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Azərbaycan Gənclərinin VI Forumuna qatılan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib: "Bu Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik səylərinin, fəaliyyətinin aparılmasının və uğurla nəticələnməsinin bariz nümunəsidir. Azərbaycan artıq bölgədə lider dövlətdir. Qlobal müstəvidə öz sözünü deyən dövlətdir. BMT Təhlükəsizlik Şurasında Azərbaycanın təmsil olunması, haqq səsinin dünya birliyinə
çatdırılması, Dağlıq Qarabağ məsələsi və digər mühüm məsələlərin qaldırılmasında bizə məkan və zəmin yaradacaq\".
İlkin Nəcəfli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB