Türkiyə tankları Şimali İraqa girdi

Türkiyə tankları Şimali İraqa girdi

PKK terror təşkilatının Çukurcada 8 ayrı mərkəzə eyni vaxtda həyata keçirdiyi, 24 əsgərin şəhid olduğu basqınlardan sonra Türkiyə Silahlı Qüvvələri Şimali İraqda əməliyyatları genişləndirib. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, türk tankları Habur sərhəd məntəqəsindən Şimali İraqa keçiblər. Tanklar PKK-nın "Haftanin" və "Keşan" düşərgəsinə doğru irəliləyirlər.

Bundan əlavə bütövlükdə əməliyyatlara 10 min əsgərin cəlb edilib. Türkiyə ordusu həmçinin Şimali İraq ərzailərinin Zap və Avaşin bölgəsinə qaçan PKK terrorçuların zərərsziləşdirilməsi üçün əməliyyat hazırlığına başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə