Politoloq: “Həmsədrlər prosesinin Fransa və ABŞ-ın iştirakı ilə həllinə çalışacaq” - MÖVQE
ATƏT-in Minsk qrupunun həmsədrləri hələ ki, özlərinin konstruktiv ideyası ilə seçilməyib. Əksinə ATƏT bu sülhyaratma prosesini dalana dirənib. Əslində həmsədrlər təkidli olmalı, beynəlxalq hüquq normalarına uyğun olaraq prosesin aparılmasına nəzarət etməli, bu kontekstdə də kimin konstruktiv kimin qeyri-konstruktiv mövqedə dayandığını aydınlaşdırmalıdırlar bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli həmsədlərin regiona növbəti səfərinə münasibət bildirərkən deyib.
Politoloq bildirdi ki, uzun müddətdir ki, Ermənistan danışıqlar prosesində heç bir kompromisə getmir. Bu olmayanda da danışıqlar prosesinin nəticəsi olmayacaq: "Bu destruktiv mövqeyi pozmaq üçün həmsədrlər hər hansı bir variant düşünüb tapmırlar. Həmsədrlər bundan sonra da Ermənistanın nazı ilə oynamaqda davam etsələr və Azərbaycandan hər hansı bir güzəşt ummağa çalışsalar, bu o deməkdir ki, danışıqlar prosesi yenə dalana dirənəcək və nəticəsiz qalacaq".
Qabil Hüseynli həmsədrlərin səfəri çərçivəsində proqnozlaşdırılan gözləntilərdən də danışıb: "ATƏT həmsədrləri regiona növbəti gəlişində prosesin daha Rusiyanın iştirakı ilə deyil, Fransa və ABŞ-ın iştirakı ilə həllinə çalışacaq. Onların səfərləri ərəfəsində çoxlu söz-söhbətlər mövcuddur. Hər halda danışıqlar prosesinin hansısa istiqamətə irəlilədiyini proqnoz etmək olar", - deyə politoloq deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB