ABŞ polisi “Çikaqonu zəbt et” aksiyaçılarının 130 nəfər üzvünü həbs edib

ABŞ polisi “Çikaqonu zəbt et” aksiyaçılarının 130 nəfər üzvünü həbs edib
Çikaqo polisi növbəti dəfə 130 nəfər aksiya iştirakçısını həbs edib. SİA "Associated Press" agentliyinə istinadən xəbər verir ki, \"Çikaqonu zəbt et" adlı aksiya iştirakçılarından 1500 nəfəri şəhərin ən işgüzar rayonlarından birində kütləvi tədbir keçiriblər. Sonradan onlar mərkəzi parka doğru istiqamət alıblar. Onlar hökumət əleyhinə müxtəlif şüarlar çağırıblar. Polis aksiya iştirakçılarına dağılışmaq əmrini versə də kütlə şüar çağırmaqda davam edib. Nəticədə polis-kütlə qarşıdurması yaranıb. Məhz bundan sonra Çikaqo polisi aksiyaçılara qarşı güc tətbiq edərək, onlardan 130 nəfəri həbs edib.
"Çikaqonu zəbt et" hərəkatının rəsmisi Coup Kaynert bildirib ki, hadisə baş verərkən, heç bir aksiya iştirakçısı polisə qarşı müqavimət göstərməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə