Türkiyənin Van bölgəsində baş vermiş 7,2 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı min nəfərə çatıb. SİA-nın milliyet.com.tr saytına istinadən verdiyi məlumata görə, ölən və yaralananların sayı arta bilər. Çünki dağıntılar altında çoxlu sayda insanın qaldığı xəbəri verilir. Bosfor Universitetinin Seysmoloji rəsədxanasının rəhbəri Mustafa Erdik də faktı təsdiq edib.
Türkiyənin Van şəhərində yeraltı təkanlar davam edir. İndiyə kimi 3 təkan müşahidə edilib. Onların gücü müvafiq olaraq 4,5; 6,4 və 7,3 bal olub. Zəlzələ nəticəsində 50 nəfərin xəsarət aldığı bildirilir. CNN Turk telekanalının məlumatına görə, onların hamısı Van vilayətindəki xəstəxanalara yerləşdirilib.
ABŞ Geologiya xidmətinin verdiyi məlumata görə, yeraltı təkanlar Van şəhərindən 30 km şərqdə qeydə alınıb. Zəlzələnin episentri yer səthindən 94,5 km dərinlikdə yerləşir. Zəlzələ nəticəsində Vanın mərkəzində yeddimərtəbəli bina uçub, qalıqlar altında insanlar var, artıq xilasedicilər işə başlayıblar. 2009-cu ildə Vanın əhalisi 312 min olub.
Vanda baş vermiş zəlzələ Naxçıvanda və Ermənistanda da hiss edilib. Aldığımız məlumata görə, təkanlar İrəvan şəhərində həddindən güclü hiss edilib. Zəlzələnin gücü 3-5 bal arasında olub. Naxçıvanda 3,5 bal gücündə hiss edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB