Ekvador Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır
"Ekvador Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır".SİA-nın xəbərinə görə, bunu Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Aroka Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ekvador da 50 ildən çox bir müddətdə münaqişəyə
cəlb edilib: "Ekvadorun da sərhəddə 50 ildən çox davam edən problemləri olub. Bu,
çox xoşagəlməz haldır, münaqişə nəticəsində çoxlu sayda insan ölüb. Ekvador
Dağlıq Qarabağ münaqişəsinin dialoq yolu ilə tezliklə həllini istəyir. Siz bu
yolda bizim dəstəyimizə ümid edə bilərsiniz".
Qeyd edək ki, Ekvador və Peru 1941-ci ildən 1998-ci ilə qədər münaqişə
vəziyyətində olub
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB