İsrail radikalları həbsxanadan buraxılan fələstinliləri saxlamağa cəhd göstəriblər

İsrail radikalları həbsxanadan buraxılan fələstinliləri saxlamağa cəhd göstəriblər
Altı nəfərdən ibarət israilli radikal həbsxanadan buraxılan fələstinlilərin avtomobil karvanını saxlamağa cəhd göstəriblər. SİA İsrail KİV-inə istinadən xəbər verir ki, həmin fələstinlilər İsrail-Fələstin razılaşmasına əsasən israilli əsgər Qalid Şalitlə dəyişdiriliblər. Radikallar isə sözügedən razılaşmaya qarşı çıxaraq Şaron həbsxanasının qarşısında olan şosseni bağlayıblar.
Bazar ertəsindən çərşənbə axşamına keçən gecə fələstinlilərin ilk avtomobil karvanı həbsxana ərazisini tərk edib. Eləcə də bildirilir ki, 2006-cı ildən Həmas silahlıları tərəfindən girov saxlanılan İsrail ordusunun kapralı Qalid Şalit Qırmızı Xaç beynəlxalq təşkilatının nümayəndələrinə təhvil verilmək üzrədir. Onu Qəzza sektorundan Rəfah sərhəd keçid məntəqəsinə, oradan isə Misirə keçirəcəklər. Misir ərazisindən isə onun İsrail rəsmilərinə təhvil veriləcəyi planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə