Bakıda Dünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi açılıb

Bakıda Dünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi açılıb

Bu gün Bakıda Dünya Gömrük Təşkilatının (DGT) Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin açılışı olub. Ofisin açılışında 47 ölkənin gömrük komitələrinin rəhbərləri, o cümlədən DGT-nin baş katibi Kunio Mikuriya iştirak ediblər.

Açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib ki, 4 il əvvəl yaranması razılaşdırılan mərkəzin məkanı uzun müddət davam edən danışıqlar nəticəsində müəyyənləşdirilib. Onun yaradılmasında əsas məqsəd region ölkələrinin gömrük xidmətlərinin fəaliyyəti sahəsində informasiya mübadiləsini təmin etməkdir.

Açılış mərasimindən sonra jurnalistlərə verdiyi açıqlamasında A.Əliyev deyib ki, regional ofisin Azərbaycanda yaradılmasına 175 ölkə səs verib. Komitə sədri onu da qeyd edib ki, 51 ölkənin gömrük xidmətini əhatə edəcək ofisdə yerli və xarici mütəxəssislər çalışacaqdır.

Tədbirdə DGT-nin Avropa regional ofisinin Bakıda yaradılmasında fəal iştirakına və Azərbaycan gömrük sisteminin inkişafına verdiyi dəstəyə görə 4 nəfər, o cümlədən qurumun baş katibi Kunio Mikuriya DGK-nın xüsusi nişanı ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə