MDB DİN rəhbərləri şurasının növbəti iclası Bakıda keçiriləcək

MDB DİN rəhbərləri şurasının növbəti iclası Bakıda keçiriləcək

MDB-yə üzv ölkələrin daxili işlər nazirləri şurasının növbəti iclası Bakıda keçiriləcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə qərar 13-15 oktyabr tarixlərində İrəvanda keçirilən MDB ölkələri daxili işlər nazirləri şurasının toplantısında qərara alınıb.

Şura iclasının gündəliyinə MDB-yə üzv ölkələrin daxili işlər orqanlarının gələcək əməkdaşlığının təkmilləşdirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlər daxil edilib.

İclas iştirakçıları MDB ölkələrinin informasiya texnologiyalarından istifadə edərək cinayətkarlıqla mübarizə sahəsində Əməkdaşlıq Konsepsiyası, cinayətlərin maddi sübutları olan narkotik vasitələr, silah və döyüş sursatlarının ötürülməsi mexanizmi üzrə protokol layihəsi, şuranın MDB-nin yaradılmasının 20 illiyi ilə əlaqədar keçiriləcək tədbirini müzakirə edəcəklər

Bütün xəbərlər Facebook səhifəmizdə