Nyu Yorkda parkın təmizlənməsi adı ilə nümayişi dağıdıblar, 15 nəfər həbs edilib

Nyu Yorkda parkın təmizlənməsi adı ilə nümayişi dağıdıblar, 15 nəfər həbs edilib

Dünyanın ən nəhəng meqapolisi sayılan Nyu Yorkun ən məşhur küçəsində - Manhettendə bir aydan çoxdur ki, davamlı nümayiş keçirən şəhər sakinlərini dağıtmaq üçün şəhər rəhbərliyi unukal metoda əl atıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Manhettenin Zukotti park adlanan hissəsində "məskunlaşmış" mitinqçiləri oradan uzaqlaşdırmaq üçün əvvəlcə gecə saatlarında əməliyyat keçirmək barədə plan masa üzərində olub. Lakin son anda əməliyyat ertələnib. Səbəb də bu olub ki, mitinqin dağıdılması cəmiyyətdə qarşıdurmaları intensivləşdirə, hakimiyyətdən narazılığa gətirib çıxara bilər.

The New York Times-ın verdiyi məlumata görə, şəhər rəhbərliyinin ehtiyat etdiyi məsələ mitinqçilərin Uolt-stritdə mitinq keçirməyə cəhd etmələridir. Məsələ burasındadır ki, sentyabrın 15-dən başlanan mitinqin təşkilatçılarının "Uolt-striti ələ keçirmək" şüarı hakimiyyəti narahat etməkdədir. Ona görə də mitinqlərin keçirildiyi məkanı müxtəlif adla təmizləmək ideyası hələ də aktualdır.

Meydanın təmizlənəcəyi ilə bağlı şəhər rəhbərliyinin cümə axşamı saat 6:20 rdələrində etdiyi müraciətə mitinqçilər rədd cavabı veriblər. Əslində etirazçılar bu təklifin arxasında hansı məqsədlərin dayandığını çox gözəl anlayırlar. Ona görə də öz tələblərində israrlı görünürlər. Parkın təmizliyinə cavabdeh Brookfield Properties şirkəti də mitinqçiləri qane edən addım atıb – nə qədər ki etirazçılar parkdadır təmizləmə əməliyyatı olmayacaq. Beləliklə, şəhər rəhbərliyi çıxılmaz vəziyyətə düşüb.

Gecə saatlarında mitinqçilərə təmizləmə əməliyyatının olmayacağı ilə bağlı xəbər çatan kimi 100 nəfərdən çox nümayişçi Uolt striti ələ keçirməyə cəhd ediblər. Polis 15 nümayişçini həbs edib, qalanları isə əvvəlki mövqelərinə qayıdıblar.

Qeyd edək ki, sentyabr ayının əvvəllərindən Çikaqodan başlanan etiraz aksiyaları ABŞ-ın iri şəhərlərinə də yayılıb. Nümayişçilərin tələbi sosial yönümlüdür, onlar cocial ədalətsizliyə və işsizliyə qarşı dövlətin heç bir addım atmadığına qarşı çıxırlar. ABŞ rəsmiləri isə hələ də bunu görməməzliyə vurur, başqa ölkələrdə isə demokratiyanın pozulduğuna dair iddialar irəli sürməklə diqqəti amerikada baş verənlərdən yayındırmağa çalışıqlar. Amma bu nə qədər davam edəcək, heç kəs bilmir.


Bütün xəbərlər Facebook səhifəmizdə