Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri fəaliyyətə başlaması münasibətilə açıqlama yayıb
Bir qədər öncə etimadnaməsini Azərbaycan prezidentinə təqdim etmiş yeni Britaniya səfiri Piter Beytman rəsmi olaraq fəaliyyətə başlaması münasibətilə açıqlama ilə çıxış edib.
SİA-nın Böyük Britaniya səfirliyinin saytına istinadən verdiyi məlumata görə, Britaniya səfiri öz açıqlamasında deyib: "Britaniya və Azərbaycan arasında olan münasibətlər olduqca yaxşı səviyyədədir. Biz ölkədə ən böyük xarici sərmayədar, ələlxüsus enerji, habelə tikinti və ticarət sektorunda aparıcı mövqeyə malik olmaqdan qürur duyuruq. Çox ümid edirəm ki, mən daha çox Britaniya şirkətini digər sektorlara münasibətdə maraqlandıra biləcəyəm və beləliklə Azərbaycan iqtisadiyyatının diversifikasiyası dəstəklənmiş olacaq".
Böyük Britaniya səfiri habelə həyat yoldaşı ilə birgə Azərbaycan kimi füsunkar ölkəni öyrənməyə başlamaq anını səbirsizliklə gözlədiklərini və Azərbaycanda yeni dostlar qazanmağa ümidvar olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB