Estoniya Rusiyadan cavab gözləyir
Estoniya xarici işlər naziri Urmas Paet bəyan edib ki, onun ölkəsi Rusiyanın şimal-qərb ərazisində hərbi güclərin artırılması istiqamətində apardığı əməliyyatlardan narahatdır. SİA "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, Estoniya hökuməti ölkə sərhədləri boyunca hərbi birləşmələrinin sayını artırmağı planlaşdırır.
Xatırladaq ki, Baltikyanı ölkələrdə yaranmış bu mövzu hələ 2008-ci ildən-Rusiya Gürcüstan müharibəsi başlayandan bəri aktuallaşıb.
Belə ki, həmin ərəfələrdən başlayaraq bu tipli bəyanatlar səsləndirilməklə, Rusiyanın aqressor ölkə kimi tanınması istiqamətində işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə