Rumıniyanın paytaxtı Buxarest şəhərində NATO Parlament Assambleyasının 57-ci illik sessiyası keçirilir.

Rumıniyanın paytaxtı Buxarest şəhərində NATO Parlament Assambleyasının 57-ci illik sessiyası keçirilir.

Sessiyada ölkəmizi Milli Məclis sədrinin birinci müavini, NATO Parlamert Assambleyasında Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsdərovun başçılığı ilə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, millət vəkilləri Məlahət İbrahimqızı və Tahir Süleymanov təmsil edirlər. Qüdrət Həsənquliyev Azərbaycan torpaqlarının 20 ildir ki, Ermənistanın işğalı altında olduğunu və bu müddət ərzində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edə bilmədiyini xatırladıb. "Qeyd etdim ki, Rusiya dolayısıyla və birbaşa postsovet məkanında mövcud olan münaqişələrin iştirakçısıdır. Vladimir Sokora sual verdim ki, əgər ərazi bütövlüklərini bərpa edə bilməyən 3 respublika – Azərbaycan, Moldova və Gürcüstan da Ermənistandan sonra Rusiyanın forpostuna çevrilsələr və Vladimir Putinin Avrasiya İttifaqı adı altında SSRİ-nin bərpa edilməsi planının fəal iştirakçılarına çevrilsələr, bu, onların öz ərazi bütövlüklərini təmin etmələrinə yardım göstərə bilər, ya yox? Sualı cavablandıran Ceyms Stoun Fondunun eksperti Vladimir Sokor isə bildirib ki, Ermənistan 800 min azərbaycanlını öz evlərindən didərgin salmaqla Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparıb. Beynəlxalq birliyin bu münaqişələrə münasibətdə ədalətsiz mövqe nümayiş etdirdiyini vurğulayan Vladimir Sokor bildirib ki, Rusiyanın hər üç konfliktdə tərəf olması barədə BAXCP sədrinin fikirləri ilə razıdır. Sokorun qənaətinə görə, məhz bu səbəbdən, Rusiyanın hər üç münaqişədə vasitəçi kimi iştirak etməsi kökündən səhvdir və beynəlxalq birlik Moskvanı bu proseslərə cəlb etməklə ciddi yanlışlığa yol verib. Vladimir Sokor qeyd edib ki, dünya birliyi böyük bir faciə və ədalətsizliklə qarşı-qarşıya qalan Azərbaycanı tək buraxıb. Və bu ədalətsizliyin aradan qaldırılması üçün indiki formadan kifayət qədər geniş olan bir müstəvidə beynəlxalq konfrans çağırılmalı və problemin həlli üçün ciddi qərarlar qəbul edilməlidir.BAXCP sədrinin sözlərinə görə, Vladimir Sokorun bu çıxışından sonra Ermənistan və Rusiyadan olan deputatlar onun şəxsiyyətinə qarşı hücuma keçiblər. Lakin Rusiya və Ermənistan təmsilçiləri istisna olmaqla, toplantıda iştirak edən bütün nümayəndələrin Vladimir Sokoru dəstəkləmələri və sürəkli alqışlamaları etiraz edənləri susdurub

Bütün xəbərlər Facebook səhifəmizdə