Ordumuz atəşə tutulub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 6-da saat 19.00-dan 19.25-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 21.30-dan 21.45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.15-dən 23.25-dək və 23.20-dən 23.25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.


Bütün xəbərlər Facebook səhifəmizdə