Azərbaycan müxalifəti “Wikleaks”-ın toruna düşüb

Azərbaycan müxalifəti “Wikleaks”-ın toruna düşüb
Radikal müxalifət mənsublarının xarici dairələrə ağız aşması, dilənməsi birinci hal deyil. Lakin son zamanlar AXCP sədri Əli Kərimlinin Müsavat başqanı İsa Qəmbərlə birgə ABŞ diplomatları və səfirlik nümayəndələri ilə görüşlər keçirməsi bir sıra məqamları üzə çıxarmış olur. Digər tərəfdən, ölkəmizdə rəsmi fəaliyyət göstərən ABŞ səfirliyi və səfirlikdə çalışan diplomatların ölkədə dağıdıcılıq funksiyalarını reallaşdırmağa cəhd göstərən radikal müxalifət "liderləri" ilə danışıqlarda maraqlı olmaları əslində müəyyən məqamları ilə ictimaiyyətdə rezonans doğurur. Yəni ictimaiyyətdə suallar yaranır ki, heç bir siyasi və mənəvi üstünlükləri olmayan radikal müxalifət nəyə görə birdən-birə ABŞ siyasilərinin maraq dairəsində yer alıb? Əgər nəzərə alsaq ki, ölkədə dövlətçilik, xalq və hakimiyyət amili təməli dayaqlarda möhkəmlənib, Azərbaycanda demokratik inkişaf prinsipləri Avropa ölkələrindən də artıq tərəqqi edib, ölkəmizdə cərəyan edən demokratiya amilindən region dövlətləri bəhrələnməyə, öyrənməyə çalışır bu zaman demokratiyanın beşiyi adlandırılan ABŞ-ın ölkəmizdəki mövcud məqsədi anlaşılmaz qalır.

"Nə ət, nə də balıq" təsiri bağışalayan ABŞ diplomatiyası

Gah radikal müxalifətin qərargahlarına adam göndərib anlaşılmaz danışıqların aparılması, gah da amerikalı diplomatların bu istiqamətdə ikiüzlü davranışları nəticə etibarı ilə onların iç üzlərini ifça edir. Qısacası, "nə ət, nə də balıq" təsiri bağışlayan ABŞ diplomatiyası bütün mənalarda hansı məqsədə qulluq etdiyini özü də bilmir…
Azərbaycanın radikal müxalifətinin "Wikleaks" saytında çıxan iç üzləri də yuxarıda qeyd edilənləri yetərincə təsdiqləyib. Belə ki, AXCP sədrinin danışıq protokollarını ifşa edən saytda qeyd edilib ki, Ə.Kərimli aşakar surətdə amerikalı diplomatlardan pul-para dilənir, hətta bunun üçün onların qarşısında diz çöküb, dizin-dizin sürünməyə də hazır olduğunu bildirib. Onun "Azərbaycanda demokratik mühit" formalaşdıracağına dair söylədikləri sərsəm fikirlər ABŞ diplomatlarında da təəccüblə qarşılanıb. Daha dəqiq desək, "xalqın narazı qaldığı halda niyə inqilab etmirsiniz?" tipli sərsəm sual verən diplomatlara məntiqsiz cavab verilir. AXCP sədri həmin suala cavab olaraq deyir ki, "xalq ayağa qalxmaq istəmir" (?!)

Sərsəm suala sərsəm cavab

Maraqlıdır, xalqın onlardan imtina etdiyini bilə-bilə onlar hansı "demokratik mühit yaratmaq" barəsində düçünürlər? Axı özləri də etiraf edirlər ki, xalq onlardan qətiyyətli şəkildə üz döndərib. Başqa tərəfdən, ABŞ diplomatları həmin cavabdan nəyə görə məntiqi nəticə çıxarmırlar, əksinə olaraq, radikallarla müəyyən danışıqlara gedirlər? Budurmu məşhur demokratiya siyasəti?!
Yəqin ki, onlardan pul dilənən müxalifətə pul da verəcəklər, radikalların bir sözlərini iki etməyəcəklər, hətta lazım gələrsə, Ə.Kərimli ilə İ.Qəmbəri öpüb, gözlərinin, başlarının üzərində gəzdirəcəklər. Lakin hansı məqsədə görə? Hansı "sübuta" əsaslanaraq? Düzdür bu suallar bitməyə də bilər. Hətta sonsuza qədər suallar ünvanlamaq mümkündür.
Fəqət bir reallığı untmaq heç də lazım deyil. Başqa dövlətlərin daxili işlərinə qaışmağı anti-demokratiya kimi dəyərləndirən, lakin başqa dövlətlərin daxili siyasətlərinə "burun soxan" amerikalı diplomatlar demokratik, müstəqil Azərbaycanın siyasətinə qətiyyən müdaxilə edə bilməyəcəklər. Bu, proqnoz deyil, aksiomdur!

Bütün xəbərlər Facebook səhifəmizdə