Fatma Şahin: "Dağlıq Qarabağ problemi bütün türk qadınları üçün ortaq məsələdir"
Dağlıq Qarabağ problemi bütün türk qadınları üçün ortaq məsələdir. SİA-nın məlumatına görə, bunu bazar ertəsi Milli Məclisdə keçirilən "XXI əsrdə qadınların rolu: qadın siyasətçilərin məsuliyyəti" adlı beynəlxalq konfransdakı çıxışında Türkiyənin ailə və sosial məsələlər naziri Fatma Şahin deyib.
Onun sözlərinə görə, Qarabağda yaşananlar heç bir türk qadınını biganə qoya bilməz: "Azərbaycanın taleyi bizim taleyimiz, Azərbaycanın kədəri bizim kədərimiz, Azərbaycanın sevinci bizim sevincimizdir".
F.Şahin bildirib ki, türklərin ortaq tarixinin fonunda ortaq gələcəyi də var. O qeyd edib ki, XXI əsrdə elm və texnologiyanın bütün sərhədləri aşması ilə qadınların qarşısında yeni imkanlar açılır.
Türkiyəli nazir vurğulayıb ki, türkdilli ölkələrdə qadınların ən böyük uğuru onların təhsilə açıq olmasıdır: "Türkdilli ölkələdə alim, millət vəkili qadınlar çoxluğu buna sübutdur. Əgər güclü cəmiyyət istəyiriksə, təhsili yoxsulluğa qurban verməli deyilik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB