Rusiya baş nazirinin müavini və Prezidentin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin Azərbaycana rəsmi səfəri çərçivəsində oktyabrın 4-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes-forumu keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirə kənd təsərrüfatı və qida sənayesi, energetika, tikinti, konsaltinq, maşınqayırma və digər sektorları təmsil edən Azərbaycan və Rusiyanın 150-ə yaxın iş adamı iştirak edəcək. Tədbir çərçivəsində iki ölkənin iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB