Əli Həsənov: "Diffamasiya haqqında" qanunun qəbulu parlamentin iradəsindən asılıdır" - MÜNASİBƏT
"Diffamasiya haqqında" qanunun qəbulu parlamentin iradəsindən asılıdır. SİA-nən verdiyi məlumata görə, bunu Prezident Admistrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
"Bütövlükdə media sahəsindəki fəaliyyətimiz və dövlət siyasətimiz ona yönəlib ki, Azərbaycan jurnalistləri peşəkarlaşsın. Azərbaycan prezidenti də Mətbuat Şurasındakı görüşündə belə bir qanunun qəbuluna etiraz etmədiyini dedi. Yetər ki, Avropa Şurası bütün dünya ölkələrində standart normalarla fəaliyyət göstərsin. Eyni prinsiplərlə yanaşsınlar".
Xatırladaq ki, parlamentin dünən keçirilən
iclasında sipker Oqtay Əsədov bildirib ki, parlamentdə "Diffamasiya
haqqında" qanun layihəsi yoxdur: "Belə bir qanun parlamentdə yoxdur. İkincisi,
bu qanun hazır olsa da ümumxalq müzakirəsindən sonra qəbul edilə bilər".
Qeyd edək ki, "Diffamasiya haqqında"
qanun layihəsi jurnalistlərin Cinayət Məcələsinin 147 və 148-ci yəni böhtan və
təhqir maddələri üzrə ittaham edilərək həbs olunmasının ləğvini nəzərdə tutur. Avropa
Şurası və ATƏT, eləcə də bir sıra digər beynəlxalq təşkilatlar Azərbaycana bu
qanunun qəbulunu tövsiyə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB