Prezident İlham Əliyev Almaniya və Koreya prezidentlərini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Kristian Vulfu və Koreya Respublikasının Prezidenti Li Men Bakı təbrik edib.
\"Ölkənizin milli bayramı - Alman birliyi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-Almaniya münasibətləri hərtərəfli inkişaf yolundadır. Ölkələrimizi və xalqlarımızı birləşdirən möhkəm dostluq əlaqələri siyasi dialoqumuzun davam etdirilməsi, iqtisadi və humanitar müstəvidə əməkdaşlığımızın dərinləşdirilməsi üçün münbit zəmindir. Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının \"Şərq tərəfdaşlığı\" proqramı çərçivəsində qarşılıqlı işimiz və birgə fəaliyyətimiz bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir\", - Almaniya Prezidentinə ünvanlanan təbrikdə deyilir.
İlham Əliyev Kristian Vulfa möhkəm cansağlığı, işlərində uğurlar, dost Almaniya xalqına əmin-amanlıq və firavanlıq diləyib.
\"Koreya Respublikasının milli bayramı - Dövlətin yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram\", - Koreya Prezidentinə ünvanlanan təbrikdə deyilir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB