Yağış yol qəzalarının sayın artırıb

Yağış yol qəzalarının sayın artırıb
Səhər saatlarından yağan yağış nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaradıb. Güclü yağış yollarda təhlükəli vəziyyəti artırıb, yol qəza hadisələrinin baş verməsinə səbəb olub.
Baş Dövlət Yol polis İdarəsindən SİA-ya verilən məlumata görə, yollarda bir neçə yol qəzası hadisəsi qeydə alınıb: "Ölən və yaralanan yoxdur. Ancaq avtomobillərin toqquşması müşahidə olunan hadisələr qeydə alınıb. Daha çox qəza hadisələri hərəkətin intensiv olduğu ərazilərdə müşahidə olunur. Aeroport yolunda baş verən qəzalar daha çoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə