Rusiya XİN: “Dağlıq Qarabağ münaqişəsi ilə BMT yox, ATƏT məşğul olur”
"BMT Baş Assambleyasının qərarları tövsiyyə xarakteri daşıyır". SİA Rusiya mənbələrinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç keçirdiyi mətbuat konfransında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi dörd qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməməsi ilə bağlı suala cavabında deyib. Onun sözlərinə görə, münaqişənin nizamlanması ilə BMT yox, ATƏT məşğul olur. "Danışıqlar hər zaman çətin işdir. Belə uzanan münaqişədə isə tez və yüngül həllə bel bağlamaq olmaz. Lakin Rusiya və Minsk qrupundakı həmsədrd həmkarlarımız tərəflərin nizamlanma prinsipləri ilə bağlı razılığa gələcəyi anı yaxınlaşdırmaq üçün bütün tədbirləri görürlər və görəcəklər", - rusiyalı diplomat bildirib.
Aleksandr Lukaşeviçin sözlərinə görə, bölgədə sabitliyin bərpa olunmasını, təhlükəsizliyin təmin edilməsini Minsk qrupuna daxil ölkələr arasında ən çox Rusiya istəyir.
Rusiya XİN-in rəsmi nümayəndəsi onu da deyib ki, Rusiya prezidenti Dmitri Medvdedev İrəvan və Bakı arasında dialoqa yardım etmək üçün səylər göstərir: "Rusiyanın danışıqlardakı aktiv və effektli rolunu həmsədrlər də, tərəflər də etiraf edirlər. Bir sıra görüşlərdə Rusiya prezidenti şəxsən iştirak edib. Onun təşəbbüsü ilə danışıqların əsasını təşkil edən nizamlanma prinsiplərinin mətni hazırlanıb. Əlbəttə, münaqişə tərəflərinin fərqli yanaşması ilə əlaqədar hər şey asan getmir. Bununla belə, Kazan görüşü göstərdi ki, tərəflərin siyasi iradəsi ilə münaqişənin nizamlanması perspektivləri mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB