Səfər Əbiyevin oğlu prokuror köməkçisi təyin edilib

Səfər Əbiyevin oğlu prokuror köməkçisi təyin edilib

Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin oğlu yeni vəzifəyə təyin edilib. SİA-nın xəbərinə görə, baş prokuror Zakir Qaralovun əmri ilə Əbiyev Roman Səfər oğlu Xəzər rayon prokuroru Fəxri Ələsgərovun köməkçisi vəzifəsinə təyin olunub. Bundan əvvəl isə Roman Əbiyev Xəzər Rayon Prokurorluğunda müfəttiş kimi çalışıb. Qeyd edək ki, Xəzər rayon prokuroru Fəxri Ələsgərov Azərbaycanın sabiq spikeri Murtuz Ələsgərovun oğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə