Əhməd Davudoğlu: “ASEAN və İslam Əməkdaşlıq Təşkilatının birgə toplantısı Bakıda keçirilə bilər”
ASEAN və İslam Əməkdaşlıq Təşkilatının növbəti birgə toplantısının Bakıda keçirilə bilər. SİA-nın Türkiyənin "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Onun sözlərinə görə, bütün Asiyada geniş iqtisadi əlaqələrin bərqərar olması vacibdir: "Bu məqsədlə ASEAN və İƏT-in növbəti birgə toplantısının keçirilməsi də qərara alınıb. Həmin toplantı qarşıdakı aylarda Azərbaycan, yaxud da Türkiyədə təşkil olunacaq".
Qeyd edəlk ki, ASEAN Cənub-Şərqi Asiya ölkələrini birləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB