Avropa İttifaqı da Dağlıq Qarabağın sülh yolu ilə həll olunmasına təkan verə bilər
Avropa İttifaqı Dağlıq Qarabaq münaqişəsinin həll olunmasında maraqlıdır. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib: "Münaqişənin nizamlanmasında ATƏT-in Minsk qrupunun səlahiyyətində olmasına baxmayaraq, Avropa İttifaqı da münaqişənin sülh yolu ilə həll olunmasına təkan verə bilər.
O, qeyd edib ki, Aİ-nin Assosiasiya razılaşmaları və azad ticarət zonaların vasitəsi ilə reallaşan abadlaşdırma və demokratik ərazilərin genişləndirilməsi üzrə uzunmüddətli siyasəti də Cənubi Qafqazda münaqişələrinin həllinə yardım göstərə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB