Azərbaycan ordusunun səhhətində problemlər yaranmış əsgəri Türkiyənin Gülhanə Əsgəri Tibb Akademiyasına yola salınan zaman Heydər Əliyev Beynəlxalq Hava Limanında vəfat edib. Əsgər Novruzov Eldar Qədir oğlunun vəziyyəti qəflətən pisləşib və o, həyatını itirib.Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı tibbi araşdırma aparılır.Qeyd edək ki, əsgər Novruzov Eldar Qədir oğlu müalicəsini davam etdirmək üçün bu gün ona təhkim olunan həkimlə birgə Gülhanə Əsgəri Tibb Akademiyasına yola salınacaqdı. Bununla bağlı müdafiə naziri Səfər Əbiyev göstəriş vermişdi. Qeyd edək ki, Eldar Novruzov 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. Ötən ilin aprelində hərbi xidmətə gedib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB