Prezident İlham Əliyev Xaçmazda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Prezident İlham Əliyev Xaçmazda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfər edib. SİA-nın məlumatına görə, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə abidənin ətrafında yaradılan şərait barədə məlumat verilib. Qeyd edilib ki, şəhərin mərkəzi olan bu ərazidə geniş abadlıq işləri aparılmış və park salınıb. Burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə