Ölkə başçısı Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib

Ölkə başçısı Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib

Bu gün Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə beynəlxalq tədbir başlayıb.


SİA-nın məlumatına görə, tədbirdə dünyanın 58 ölkəsindən 300-ə yaxın tanınmış ictimai-siyasi xadim, o cümlədən Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT, Avronest, Avropa ölkələri parlamentlərinin deputatları, hazırkı və keçmiş dövlət xadimləri, Nobel mükafatı laureatları, ABŞ-ın regional spikerləri, keçmiş konqresmen və senatorlar, alim və biznesmenlər, Azərbaycanın dövlət və hökumət təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edirlər.


Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak çıxış edib. Dövlət başçısı tədbirdə nitq söyləyib.

Tədbirdə həmçinin AVCİYA-nın prezidenti, deputat Elxan Süleymanov, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxış edib.


Tədbir sentyabrın 24-də başa çatacaq.


İlkin Nəcəfov

Bütün xəbərlər Facebook səhifəmizdə