YAP Gənclər Birliyi Şamaxıda “Müasir Azərbaycan 20 - inkişafın yeni mərhələsi” mövzusunda diskussiya keçirib - FOTOSESSİYA

YAP Gənclər Birliyi Şamaxıda “Müasir Azərbaycan 20 - inkişafın yeni mərhələsi” mövzusunda diskussiya keçirib - FOTOSESSİYA

Yeni Azərbaycan Partiyasının bir qrup fəal gənci Şamaxı şəhərinə səfər edib. SİA-nın verdiyi məlumata görə, YAP Gənclər Birliyinin fəalları əvvəlcə Şamaxı şəhərində ümummillli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Ulu öndərin əziz xatirəsini yad edən gənclər daha sonra YAP Şamaxı rayon təşkilatının binasında "Müasir Azərbaycan 20 - inkişafın yeni mərhələsi" mövzusunda diskussiyada iştirak ediblər.

Milli Məclisin deputatları Aydın Mirzəzadə və İlham Məmmədov ölkəmizin 20 ildə keçdiyi inkişaf yolu, iqtisadi, sosial və s. sahədə qazanılan uğurlar, respublikamızın beynəlxalq sferada əldə etidiyi nailiyyətlərindən danışıblar. Şamaxı gənclərinin də iştirak etdiyi diskussiyada millət vəkilləri gənclərin suallarının cavablandırıblar, maraqlı fikir mübadiləsi aparılıb.

Günün ikinci yarısında isə partiya fəalları Prezident İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunan Şamaxı Rəsədxanasına və digər görməli yerlərə səfər ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə