Avstriya-Azərbaycan Ticarət Palatasının Bakı ofisinin açılışı olacaq

Avstriya-Azərbaycan Ticarət Palatasının Bakı ofisinin açılışı olacaq

Bu gün Avstriya-Azərbaycan Ticarət Palatasının Bakı ofisinin açılışı olacaq. Bu barədə SİA-ya Avstriya-Azərbaycan Ticarət Palatasının Bakı ofisinin icraçı direktoru Tural Bağırzadə məlumat verib. O bildirib ki, Avstriya-Azərbaycan Ticarət Palatasının Bakı ofisinin yaradılmasının əsas məqsədi iki ölkə arasında mədəni, iqtisadi, humanitar və digər sahələrin inkişaf etdirilməsinə xidmət edir. O hesab edib ki, fəaliyyət nəticəsində iki ölkə arasında qarşılıqlı, ikitərəfli investisiya və digər məsələlər üzrə artım müşahidə olunacaq.

"Cari ilin sonuna kimi mədəni və iqtisadi sahələrdə bu neçə layihələr nəzərdə tutulur. Əsas layihələr Azərbaycanın qeyri-neft sektoru sahəsini əhatə edir. Bundan əlavə, informasiya kommunikasiya texnologiyaları, bərk məişət tullantılarının vahid idarəçilik sahəsində, eyni zamanda inşaat strukturu, alternativ bərpaolunan enerji sahəsində layihələrin həyata keçirilməsi planlaşdırılır. Əsas məqsəd Avstriyada mövcud olan və tətbiq olunan yeni texnologiyaların Azərbaycana gətirilməsi və bu sahədə yeniliyin əldə olunmasıdır. Son zamanlar Azərbaycanda olan iş adamlarının və müxtəlif təbəqədən olan insanların Avstriyaya olan marağı artmaqdadır. Mən deyərdim ki, bu sahədə də həm iqtisadi, həm müasir, həm də mədəni sahədə fikir mübadiləsi və layihələr həyata keçirilib", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə