Avstriya dövlət başçısı Fischer Bakıya səfər edəcək

Avstriya dövlət başçısı Fischer Bakıya səfər edəcək

Avstriya dövlət başçısı Heinz Fischerin oktyabr ayında Azərbaycan və Türkmənistana səfər edəcəyi bildirilib. SİA-nın tük mətbuatına istinadən xəbərinə görə, Avstriya prezidentinin sözçüsü Bruno Aigner, Fischerin 11-12 oktyabr tarixlərində Azərbaycana səfər edəcəyini söyləyib. Azərbaycana ilk səfərini reallaşdıracaq Fischerin ikitərəfli əlaqələrin inkişafı istiqamətində mühüm razılaşmalara imza atacağı bildirilir.

Fischerin Bakıya edəcəyi səfərdən sonra Aşqabaqa keçəcəyi gedəcəyi də söylənilib. Fischer sərhədlər daxilində Türkmənistan dövlət başçısı Qurbanqulu Berdimuhamedov ilə də görüşəcək.



Bütün xəbərlər Facebook səhifəmizdə