Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi “Təfəkkür” Universitetinin prorektorunun qətli ilə bağlı birgə məlumat yayıb
Hüquq mühafizə orqanlarının birgə yaydıgı bəyanatda Təfəkkür Unversitetinin prorektorununu ölümü ilə baglı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açıldıgı bildirilir. Məlumatda deyilir ki, prorektorun başına arxa təpə nahiyəsindəb agır zərbə endirilib. Bakı şəhər prokurorluğu, Yasamalı rayon prokurorluğu, Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri təxirəsalınmaz istintaq-əməliyyat hərəkətləri aparılıb. Cinayət işi Bakı şəhər prokurorluğu tərəfindən icraata götürülüb və istintaq qrupu yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB