Azad Rəhimov: “Sosial ipotekanın məbləğinin artırılması istiqamətində Maliyyə Nazirliyi ilə danışıqlar aparılır”
\"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə\" Dövlət Proqramında sosial ipotekanın məbləğinin artırılması istiqamətində maliyyə naziri tərəfindən dəfələrlə məsələ qaldırılıb\". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov deyib. O, 2007-ci ildən etibarən cənab prezident İlham Əliyevin xüsusi fərman və sərəncamına əsasən gənclərə sosial ipotekanın 15 il müddətində 35 min manat ayrıldığını bildirib. Nazir qeyd edib ki, artıq 2015-ci ilə qədər ipotekanın genişləndirilməsi istiqamətində işlər davam etdirilir: "Birincisi, İpoteka Fonduna Maliyyə Nazirliyi tərəfindən daha çox vəsait verilməlidir. İkinci çox ciddi məsələ isə həmin meyarları genişləndirməkdir".
Azad Rəhimov həmçinin Gənclər proqramında Azərbaycanın 10 şəhərində gənclər evinin tikilməsinin nəzərdə tutulduğunu və Sumqayıtda artıq gələn ildən bu tikintiyə start veriləcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB