Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin 4 ekipaj üzvünün kimliyi müəyyənləşdi

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin 4 ekipaj üzvünün kimliyi müəyyənləşdi

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin qalıqlarının məhkəmə-tibbi ekspertizası sona çatıb. Yekun rəyi açıqlanan ekspertizanın nəticəsinə əsasən, analizlər sintez olunub və qalıqların 4 nəfərə məxsus olduğu müəyyənləşib. Bu barədə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev SİA-ya məlumat verib. Onlardan 3-nün Azərbaycan, biri isə Özbəkistan vətəndaşı olduğunu deyən direktor bildirib ki, qalıqların 1964-cü il təvəllüdlü bort operator Qəhrəmanov Tapdıq Ağaməmməd oğlu, 1962-ci il təvəllüdlü aerotexnik Hüseynov Mehman Cəfər oğlu, 1979-cu il təvəllüdlü 2-ci pilot Marşixin Oleq Dimitriyeviç, 1969-cu il təvəllüdlü bort mühəndisi, Özbəkistan vətəndaşı Şatobin Vladimir Qennadiyeviçə məxsus olduğu ekspertiza ilə təsdiq olunub. Digər ekipaj üzvlərinə məxsus hər hansı bir biomaterial aşkar edilmədiyini deyən Şakir Musayevin sözlərinə görə, hadisə zamanı həlak olan digər 5 nəfər itkin düşmüş hesab olunur. O vurğulayıb ki, həmin şəxslərin ailələri müraciət etdikdə qalıqlar onlara təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə