Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycana rəsmi səfərə gəlib
Sentyabrın 15-də Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Monteneqronun Prezidenti Filip Vuyanoviçi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Milli geyimli uşaqlar Monteneqro Prezidentinə gül dəstələri təqdim ediblər.
Hava limanının ali qonaqlar üçün salonunda Prezident Filip Vuyanoviç və baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB