Bakı Tikiş Evi məktəbli formalarının keyfiyyətini açıqladı

Bakı Tikiş Evi məktəbli formalarının keyfiyyətini açıqladı

Yeni dərs ilinin başlanmasına baxmayaraq indiyədək çoxlu sayda şagird hələ də məktəbli geyimi ala bilməyib. Səbəb isə məktəbli geyimlərinin tikişi ilə məşğul olan "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) mağazalarında yaranmış sıxlıqdır. "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) satış şöbəsinin müdiri Etibar Əzimovun sözlərinə görə, may ayının 1-dən məktəbli formalarının hazır olmasına baxmayaraq valideynlər məktəbin açılmasına 15-20 gün qalmış övladlarına geyim almaq barəsində düşünürlər: "Bu günə kimi 85-90% məktəbli geyimi "Bakı Tikiş Evin"də istehsal olunub. Bu məktəbli forması ancaq Bakı şəhər ümumtəhsil məktəbləri üçün hazırlanır. Lakin buna baxmayaraq bütün rayonlardan valideynlər "Bakı Tikiş Evi"nə axın edərək məktəbli geyimi almağa çalışırlar. Bakı şəhərində 300 mindən çox 1-11-ci sinif şagirdi var. Biz keçən il 1-6-cı sinifləri məktəbli geyimi ilə təmin etdik, bu ildən isə 7-11-ci siniflər də bu sıraya əlavə edilib".

Məktəbli formalarının keyfiyyətinə gəlincə şöbə müdiri parçaların Türkiyənin "Boston" firmasından alındığını və bu parça üçündə Avropa laboratoriyasının sertifikatının olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə