Yunanıstan İTGİ və Yunanıstan-Bolqarıstan-İnterconnector layihələrinin baş tutması üçün Azərbaycanla əməkdaşlığa hazırdır

Yunanıstan İTGİ və Yunanıstan-Bolqarıstan-İnterconnector layihələrinin baş tutması üçün Azərbaycanla əməkdaşlığa hazırdır

İTGİ və Yunanıstan-Bolqarıstan-İnterconnector layihələrinin baş tutması üçün Azərbaycanla əməkdaşlığa hazırdır. SİA-nın xəbərinə görə, bu sözləri Yunanıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri İoannis Metaksas deyib. Onun sözlərinə görə, bu layihələr Azərbaycana təbii qazı birbaşa, Yunanıstan vasitəsilə, İtaliya, Bolqarıstan, Rumıniya, Macarıstan və Cənub-Şərqi Avropanın digər ölkələrinə ixrac etməyə imkan verəcək: "Yunanıstan vasitəsilə çıxış əldə edilməsi mümkün olan Cənub-Şərqi Avropa bazarının 2020-ci ilə kimi illik daha 8 mlrd. kubmetr, 2025-ci ilə kimi isə 12 mlrd. kubmetr təbii qaza ehtiyacı yaranacaq. İTGİ xəttinin tutum qabiliyyəti illik 9 mlrd. kubmetr, İGB xəttinin isə 3 mlrd. kubmetr təşkil edir. Birinci xəttin maksimal ötürmə qabiliyyətinin illik 12 mlrd. kubmetr, ikinci xəttin isə 5 mlrd. kubmetr olduğu nəzərə alınsa, o halda Yunanıstan və qonşu dövlətlərin artan təlabatını ödəmək baxımından Azərbaycan qazının ünvanına çatdırılması üçün mükəmməl imkan yaranmış olacağını söyləmək olar".

Yunanıstanın qaz şirkəti DEPA-nın Türkiyənin BOTAS şirkətindən hər il 0,75 mlrd. kubmetr miqdarında qaz idxal etdiyini deyən səfir bildirib ki, indi BOTAS bu sazişi ARDNŞ-ə həvalə etməyə prinsipcə razı olub: "Azərbaycan və Türkiyə arasında qaz nəqli və əməkdaşlığa dair saziş imzalanan kimi BOTAS, ARDNŞ və DEPA arasında digər sazişlər də imzalanacaq. Bu halda Yunanıstan Azərbaycandan birbaşa qaz idxal edən ilk Avropa İttifaqı ölkəsi olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə