Tunisdən Misirə, Misirdən Liviyaya, Suriyaya, Yəməndən Bahreynə verdiyimiz mesajlar dəqiqdir. SİA-nın \"Sabah\" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Baş nazir Rəcəp Tayyib Ərdoğan, Qahirədə opera binasında onunla görüşmək üçün gələn misirlilərin qarşısında çıxış edərkən deyib. Onun sözlərinə görə, Ərəb Birliyində atılacaq addımlar gələcəyi daha fərqli inşa edəcək: "Liviya Milli Keçid Şurasının Ərəb Birliyi tərəfindən tanınmasını alqışlayıram, Şuranın BMT tərəfindən də Liviyanın qanuni hakimiyyəti kimi tanınması lazımdır".
Rəcəb Tayyib Ərdoğan İsraillə bağlı baş verən son hadisələrə də münasibət bildirib. BMT komissiyasının İsrailin Qəzza sektorunu blokadada saxlamasını qanuni saymasını qəbul etmədiklərini bildirən baş nazir vurğulayıb ki, İsrail hökumətinin aqressiv siyasəti İsrail xalqının gələcəyini təhdid etməkdədir: "Ən vahiməlisi isə odur ki, İsrail hökuməti öldürdüyü mülki şəxslərə görə üzr istənilməsi, təzminat ödənilməsi tələblərinə qulaq asmır, özünü hüquqdan üstün sayır. "Mavi Mərmərə" gəmisinə hücum bunun son örnəyidir. Bir daha söyləyirəm ki, BMT komissiyasının hesabatının bizim üçün heç bir qanuni əhəmiyyəti yoxdur. Qəzza sektorunun blokadasının qanuni olduğunu söyləyən İsrailin tezislərinin əsiri olan bu hesabat ərəb ifadəsi ilə bizim üçün "ke en lem yekün" hökmündədir. Qəzzanın blokadasının qanuni olduğunu ifadə edən heç bir cümləni tanımırıq. Əgər BMT başda olmaqla, beynəlxalq dairələr İsrailin şıltaqlıqlarına göz yummağa davam edərlərsə, bu cinayətin bir iştirakçısı kimi anılmaqdan can qurtara bilməyəcəklər".
O, İsrailin üzr istəmədikcə, öldürülən şəhidlərin ailələrinə təzminat ödəmədikcə, Qəzza sektorunun blokadanı ləğv etmədikcə Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması müzakirə mövzusu olmayacağını bildirib. Baş nazir deyir ki, Türkiyə Aralıq dənizində ən böyük sahilyanı dövlət olaraq gəmilərinin sərbəst hərəkət etməsi üçün gərəkən bütün tədbirləri görəcək.
Diplomat İsrailin Qəzza sektoruna qarşı həyata keçirdiyi blokada siyasətinin Türkiyə tərəfindən tanınmadığını vurğulayıb: "İsrailin 31 may 2010-cu ildən Qəzzaya qarşı həyata keçirdiyi blokadanın Beynəlxalq Cinayət Məhkəməsində araşdırılmasına nail olacağıq. Bu istiqamətdə BMT Baş Assambleyasının hərəkətə keçməsinə çalışacağıq. Heç bir ölkə beynəlxalq hüququn üzərinə olmadığı kimi beynəlxalq hüquq da bəzi ölkələrin əsarətində deyil".
Ərəb Birliyinin baş katibi Nəbil Əl Ərəbi, Ərdoğanın əhəmiyyətli mesajlar ehtiva edən ifadələri üçün \"Son dövrdə eşitdiyim ən əhəmiyyətli və ən gözəl çıxış idi" deyə əlavə edib.
Ərdoğanın çıxışının bütün Ərəb ölkələrini maraqlandıran həssas bir tele dəydiyini ifadə edən Ərəbi, Türkiyənin Fələstin mövzusundakı həssaslığını digər ölkələrə nümunə göstərdi. Türkiyənin bölgədə oynadığı rolu təqdir etdiklərini vurğulayan Baş katib Ərəbi, Ərdoğanın Fələstin haqqlarını qorumağa işini canı könüldən təqdir etdiklərini ifadə etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB