Yaqub Mahmudov: “Ermənilər məqsədyönlü şəkildə Azərbaycan tarixini və ərazilərini saxtalaşdırmaqla məşğuldur”

Yaqub Mahmudov: “Ermənilər məqsədyönlü şəkildə Azərbaycan tarixini və ərazilərini saxtalaşdırmaqla məşğuldur”

\"Erməni millətçiləri içərisində xüsusi təxribat qrupu fəaliyyət göstərir\". Bunu SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov "Planeta Zemlya" və "Google maps"-in Azərbaycan torpaqlarının erməni adları ilə təqdim olunmasına münasibət bildirərkən söyləyib. O, müasir informasiya texnologiyalarının inkişaf etdiyi dövrdə ermənilərin bundan məharətlə istifadə etdiyini, əksər internet saytlarında tarixi Azərbaycan torpağlarının Ermənistan ərazisi adı altında təqdim olunduğunu bildirib: "Ermənilər qədim və müasir xəritələrdə də buna əl atırlar. Biz buna qarşıyıq və yetərincə mübarizə aparırıq. Rusiya imperiyasının İranla apardığı müharibələrin gedişində Ermənistanın indiki ərazisi bizim İrəvan xanlığının ərazisi olub. Onlar bura köçürülüb gətirilib və bunu bütün dünya dövlətləri, dünya arxivləri sübut edir. Azərbaycan tarixi amansızcasına təhrif edilib".

Tarix İnstitutunun direktoru Sovet dövründə ermənilərin arxasında Moskvanın dayandığını və bütün xəritə fabriklərində elmin və ideologiyanın başında onların işlədiyini bildirib. "Bütün bunların hamısına qarşı Azərbaycanda bütün elmi-tədqiqat müəssisələrinin təkmil planları olmalıdır. Biz İrəvan xanlığı əsərini xüsusi buraxdıq və cənab prezident İ.Əliyevin göstərişi ilə ingilis, rus dillərinə tərcümə edib bütün dünyaya yaydıq. Beləliklə, bütün dünya artıq bunu qəbul etməkdədir. Biz o informasiya mübadiləsində artıq qalib gəldik və ermənilərə sübut etdik ki, Cənubi Qafqaza onların yazdığı kimi köçüb gəlmə əhali biz deyilik", - deyə Yaqub Mahmudov sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə