Milli Məclisin deputatı Asəf Hacıyev Qara Dəniz
İqtisadi Əməkdaşlıq Parlament Məclisinin Hüquqi və siyasi məsələlər üzrə
komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 12-də Bolqarıstanın Burqas
şəhərində səfərdə olacaq. SİA-nın Milli Məclisin rəsmi saytına istinadən xəbərinə görə, iclasda deputatın "Mütəşəkkil cinayətgarlığa
qarşı mübarizədə əldə olunmuş razılığa riayət edilməsi" mövzusunda çıxışı
gözlənilir.
Tədbir çərçivəsində qurumun Reqlament üzrə işçi qrupunun iclası da
keçiriləcək.
Səfər sentyabrın 14-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB