Şahlar Əsgərov: “Bu günə qədər Azərbaycanda çox böyük yüksəliş yolu keçib” - AÇIQLAMA

Şahlar Əsgərov: “Bu günə qədər Azərbaycanda çox böyük yüksəliş yolu keçib” - AÇIQLAMA

Bakı Dövlət Universtetinin professoru, elm xadimi Şahlar Əsgərovun Səs Tv-yə müsahibəsi


- Azərbaycanın müstəqilliyinin 20 illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamının dövlət müstəqilliyimizə verilən möhtəşəm dəyər, xalqımızın özünədərkinə verilən yüksək qiymət kimi qeyd etmək olarmı?

- 20 il bundan öncə Azərbaycan çox mürəkkəb ictimai-siyasi proseslər içərisində idi. SSRİ-nin dağılma ərəfəsində Dağlıq Qarabağ münaqişəsi başlamışdır. Ölkədə köhnə hakimiyyət dağıldığına görə, hakimiyyət boşluğu var idi. Hakimiyyət boşluğu olduğuna görə isə çoxlu silahlı dəstələr əmələ gəlmişdi. Əhali arasında çox narazıçılıq, özbaşınalıqlar var idi. Belə bir mürəkkəb vaxtda ölkə parlamenti 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqiliyinin bəyan etdi. Bu Azərbaycan tarixinin ən gözəl səhifələrindən biri idi. Çünki bu günə qədər Azərbaycan başqa bir dövlətin tərkibində yaşayırdı. Əsas söz sahibi Rusiya idi. Azərbaycan isə ancaq ölkə daxilində iqtisadi prosesləri yerinə yetirirdi. Müstəqillik elan etdikdən sonra keçən dövrdə Azəbaycanda çox böyük hakimiyyət dəyişikliləri baş verdi. Hakimiyyət tez-tez dəyişirdi. Bu isə ölkədə çox böyük problemlər yaradırdı. Həmin dövrdə Yeni Azərbaycan Partiyasını yaratmaq üçün təşkilat komitəsi yaradıldı. Bu partiya öz təşkilati işlərini gördü, nizamlanmasını hazırladı. 1992-ci il noyabrın 21-də Naxçıvanda partiya öz varlığını təsis etdi. Bu Azərbaycanda insanların rahat nəfəs almasına səbəb oldu. Çünki partiyanın yaranması Heydər Əliyevin adı ilə bağlı idi. Heydər Əliyev çox yüksək düşünmə qabiliyyəti, çevikliyi, dünyagörüşü olan bir insan idi. 1993-cü ildə Heydər Əlİyev hakimiyyət yükünü öz üzərinə götürdü. 1995-ci ildən ölkədə iqtisadi irəliləyişlər başladı. 2011-ci ildə Azərbaycanın dövlət müstəqiliiyini bərpa edilməsin 10 illik yubileyi ilə bağlı keçirilən mərasimində çıxış edən ümummilli lider Heydər Əliyev bildirdi ki, "mən öz üzərimə götürdüyüm missiyanın birinci hissəsini yerinə yetirdim və Azərbaycanda müstəqil dövlət qurdum". Həmin 10 illikdən bu günə qədər Azərbaycanda çox böyük yüksəliş gedib, iqtisadi inkişaf var. Bunun da səbəbi odur ki, müstəqil dövlət qurulur və onun arxasında dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev dayanır. Bir sözlə dövlət müstəqiliyinin 20 illiik tarixini şərh edərkən deyə bilərəm ki, bu gün ölkənin var-dövləti var, idarə olunur və günü-gündən inkişaf edir.

- Ulu öndər Heydər Əliyev hakimiyyət ikinci dəfə gəlməsəydi, bugünki güclü Azərbaycan dünya xəritəsində mövcud ola bilərdimi?

- Heydər Əliyev hakimiyyətə gəlməsəydi, növbəti 2-3 dəfəlik hakimiyyət dəyişməsi ölkənin paraşalanmasına gətirib çıxaracaqdı. Bu keçid mərhələrinin qorxulu cəhədləri var. Keçid mərhələlərində biz həmişə torpaq itiririk. Yəni, siyasətdə kataklizma başlayanda ermənilər bundan çox gözəl istifadə edir və fürsətdən yaralanmağa çalışırlar. Amerika ilə İran arasında müharibə olsa ermənilər çalışacaqlar ki, bu fürsətdən də istifadə etsinlər, ya Azərbaycandan, ya da Gürcüstandan torpaq qoparsınlar. Bəşəriyyətin başı başqa bir problemə qarışdıqda ermənilər isə bundan şəxsi mənafeləri üçün istifadə edirlər. Ona görə də keçid dövrü ərzində çox diqqətli olmaq və ümumi mənafeləri qorumaq lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə