Politoloq: “Türkiyə-İsrail münasibətlərinin gərginləşməsi fonunda Azərbaycan İsraili seçəsi olsa təkcə Türkiyəni itirməyəcək” - MÖVQE
Türkiyə-İsrail münasibətlərinin gərginləşməsi fonunda Azərbaycan çətin seçim qarşısında qalacaq. SİA-nın xəbərinə görə, bunu politoloq Cümşüd Nuriyev deyib. O, qeyd edib ki, hər iki dövlətlə mövcud olan yüksək əməkdaşlığa baxmayaraq rəsmi Bakı çətin vəziyyətdə Türkiyəni seçməlidir: "Bu ilk növbədə mənəvi dəyərlər baxımından belə olmalıdır. Eyni zamanda burada dini faktorda öz rolunu oynayacaq. İslamda Quran bir olsa da, İsraildə 39 Tövrat mövcuddur. Yəni Azərbaycan bir fikirli olan Türkiyəni seçməlidir. Başqa cür düşünməyə də dəyməz. Düzdür heç kəs arzulamaz ki, Azərbaycan belə çətin seçim qarşısında qalsın. Hələlik Azərbaycan çalışacaq ki, balanslaşdırılan siyasət yürütsün".
Politoloq hesab edir ki, vəziyyətin gərginləşməsi fonunda Azərbaycan İsraili seçəsi olsa təkcə Türkiyəni itirməyəcək: "Bundan əlavə Azərbaycan regionda qonşu dövlət olan İranı da itirəcək. Nəzərə almaq lazımdır ki, ABŞ-ın özü də hal-hazırda İsraili kifayət qədər dəstəkləmir. Çünki, İsrail ABŞ-ın yaratdığı növbəti \"Bin Laden\" olub. Zamanında Birləşmiş Ştatlar Bin Ladeni yaratdı və problemi həll edənə qədər dövlətin imicinə çox ciddi ziyan dəydi. İndi də ABŞ-da bütün siyasəti yönəldən yəhudi lobbisidir. Amma bütün bunlara baxmayaraq ABŞ İsraillə bağlı qərar verdi. Bu zəmində şimal qonşumuz olan Rusiya da İsraillə bağlı öz qərarını verdikdən sonra dirçəlib özünə gələ bildi. İnanıram ki, rəsmi Bakı düzgün qərar qəbul edəcək".
Qeyd edək ki, Türkiyə İsrail səfirini "persona non-qrata" elan edib və bu ölkə ilə bağladığı bütün hərbi razılaşmaların icrasını dayandırıb. Eyni zamanda rəsmi Ankara İsraillə münasibətlərə dair aşağıdakı qərarları qəbul edib:
1. Türkiyə-İsrail diplomatik münasibətləri ikinci dərəcəyə endiriləcək. Səfir başda olmaqla 2-ci katib vəzifəsindən yüksək vəzifələrdə çalışan bütün İsrail diplomatları çərşənbə gününə qədər Türkiyəni tərk edəcək.
2. İsraillə bütün hərbi anlaşmaların icrası dayandırılıb.
3. Şərqi Aralıq dənizində ən uzun sahilə malik ölkə olaraq Türkiyə Şərqi Aralıq dənizində hərəkət sərbəstliyi ilə bağlı vacib saydığı hər cür addımı atacaq.
4. Türkiyə Qəzzaya İsrail tərəfindən tətbiq olunan embarqonu tanımır. İsrail blokadanı ləğv etməlidir. Türkiyə bu məsələni beynəlxalq səviyyədə qaldırmaqda qərarlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB